Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.
Prezident İlham Əliyev də müşavirədə iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək dördüncü müşavirədən keçən müddətdə görülmüş işlərdən danışıb.
Dövlət başçısı müşavirədə nitq söyləyib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.