APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
O, qeyd edib ki, səfər gələn ayın ortaları baş tutacaq.
N. Məmmədov bu səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətli olduğunu deyib: “Hesab edirəm ki, bu kimi səfərlər qarşılıqlı şəkildə daha önəmli olacaq”.