Prezident İlham Əliyev Kolumbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Manuel Santosanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev X. M. Santosaya uğurlar arzu edib: “Hörmətli cənab Prezident, Kolumbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı istiqamətində atılan ardıcıl addımlar böyük məmnunluq doğurur. Ümidvaram ki, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kolumbiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.