Putin Ərdoğanla “İŞİD” təhlükəsini müzakirə etdilər
12 oktyabr 2014 02:41 (UTC +04:00)

Putin Ərdoğanla “İŞİD” təhlükəsini müzakirə etdilər

0

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı “İŞİD” terrorçu qruplaşmasından gələn təhlükəni müzakirə ediblər. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.   

 

Bundan başqa, prezidentlər ikitərəfli əməkdaşlıq, o cümlədən, ilin sonunda Türkiyədə keçiriləcək yüksək səviyyəli əməkdaşlıq Şurasının 5-ci toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Tərəflər Rusiya-Türkiyə iqtisadi-ticarət, həmçinin aqrar və yüksək texnologiyalar sahəsində  əlaqələrin genişlənməsinin vacibliyini qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1386

Oxşar yazılar