Rauf Arifoğlu rusdilli qəzet çıxarır
02 iyul 2014 22:19 (UTC +04:00)

Rauf Arifoğlu rusdilli qəzet çıxarır

0

Rusdilli minval.az saytı həftədə bir dəfə qəzet şəklində nəşr olunacaq. Bu barədə musavat.com-a saytın təsisçisi Rauf Arifoğlu məlumat verib.  O deyib ki, bu addımı ancaq iqtisadi maraqlara görə atırlar: “Minval.az saytı kifayət qədər oxucusu olan ciddi bir yayın orqanıdır. Sayt Azərbaycandan kənarda da tanınır. Lakin mənim təsisçi, İlkin Qəmbərin baş redaktor olması səbəbindən sayta reklam cəlb edə bilmirik. Əslində müxalifətçi olmayan bir saytı bizə görə müxalifətçi qismində qəbul edib, reklam verməkdən çəkinirlər. Bu səbəbdən də sayt rentabelli deyil.  Biz düşündük, rusdilli məkana aid qəzet bazarını öyrəndik və qərara gəldik ki, özümüzü yoxlamaq üçün yaxşı imkanlar var. Minval.az saytının kollektivi qısa zaman ərzində qəzetin yayım konseptini,  maketini, səhifələrin təyinatını hazırladı. Bir neçə sınaq sayı da buraxdıq. İndi biz inanırıq ki, rusdilli vətəndaşlar üçün maraqlı qəzet buraxa biləcəyik. Həm də iddiamız var ki, bir neçəmin nüsxə qəzet satıb, az da olsa, maddi fayda əldə edəcəyik ”.

 

R. Arifoğlu dedi ki, qəzet MİNVAL adlanacaq, onu eyni adlı saytın kollektivi çıxaracaq. Qəzetin ilk nömrəsinin 4 iyulda satışda olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1089

Oxşar yazılar