Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-də İrəvana səfər edəcək. Lent.az-ın məlumatına görə, Lavrovun səfəri iki gün davam edəcək. Səfər çərçivəsində rusiyalı nazir Ermənistan rəhbərliyi ilə görüşəcək, həmçinin Edvard Nalbəndyanla birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizmanlanması istiqamətində müzakirələr aparılacaq
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edib.
Rus nazir təcili İrəvana gedir
0
0
0
0