Sergey Lavrov gəlir
17 iyun 2014 10:15 (UTC +04:00)

Sergey Lavrov gəlir

0

 

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.

 

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

 

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər.

 

“Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir”, - deyə Rusiya XİN-də bildiriblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1060

Oxşar yazılar