Səxavət Soltanlı: “Müsavatçılardan üzr istəyirem”
12 oktyabr 2014 23:21 (UTC +04:00)

Səxavət Soltanlı: “Müsavatçılardan üzr istəyirem”

0

Müsavat Partiyasının Məclis üzvü, Gənclər Təşkilatının keçmiş sədri Səxavət Soltanlı Müsavat Partiyasından və müsavatçılardan üzr istəyib.

 

Lent.az-ın xəbərinə görə, o bu barədə özünün “facebook” səhifəsində yazıb.

 

O, Əhliman Abbaslını Müsavat Gənclər Təşkilatının sədri kimi gənclərə tövsiyə etdiyi üçün üzr istədiyini bildirib: “Bu təklifimin sonradan səhv olduğunu başa düşdüm. Səhvimi xeyli əvvəl, Əhliman seçildikdən bir qədər sonra görürdüm, son ana qədər çalışırdım ki, düzəlsin, yetişsin və s. Alınmadı. Nə o işləməyi bacardı, nə də mən onu düz yolu izah edə bildim. Buna görə hər birinizdən üzr istəyirəm”.
 

 

S. Soltanlı yazıb ki, Ə. Abbaslı Gənclər Təşkilatının rəhbəri seçiləndən dərhal sonra “şübhəli hərəkətləri ilə məni və dostları məyus etməyə başladı”.

 

S. Soltanlı qeyd edib ki, Ə. Abbaslı tədbirlərə qatılmayıb, gəncləri intriqaya çəkib, qurultay Gənclər Təşkilatının tərəfsizlik edəcəyi ilə bağlı razılaşmanı pozub: “Səhvlər o qədər çox idi ki, səmimi təşəbbüsüm faktiki olaraq Müsavat Partiyasına qarşı xəyanət görüntüsü almağa başladı. Hər kəs məni qınayır, hər kəs ona görə üstümə gəlirdi, nəticədə "Müsavat"a qarşı etdiyim bu "səhv"dən depressiyaya düşdüm və bu, xeyli davam etdi. Yaxın olanlar bilir”.

 

S. Soltanlı yazıb ki, Müsavat Gənclər Təşkilatının rəhbəri mətbuata zəng edib təşkilatın dağılması barədə məlumat verib: “ Bu artıq son idi, bir normal adam rəhbəri olduğu təşkilatın dağılması haqqında informasiyanı mətbuata niyə versin? Hətta belə hal varsa da qarşısını almalı idi. Dura bilmədim, düzəlməyəcəyinə tam əmin olduğum üçün daxili müzakirələrdə bu məsələnin açıq şəkildə üstünə getdim”.

 

S. Soltanlı müzakirələrdən sonra Ə. Abbaslının belə davam edə bilməyəcəyini təxmin etdiyini yazıb: “ Bu gün eşitdim ki, o artıq istefa verib, onun bu qərarını Müsavat Gənclər Təşkilatının sədri olduqdan sonra partiya üçün atdığı ən düzgün addım kimi qiymətləndirirəm, yolu açıq olsun!”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 985

Oxşar yazılar