Türkiyənin hərbi təyyarələri və helikopterləri Azərbaycanda birgə təlimlərdə iştirak edəcək
18 sentyabr 2014 20:28 (UTC +04:00)

Türkiyənin hərbi təyyarələri və helikopterləri Azərbaycanda birgə təlimlərdə iştirak edəcək

0
İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterləri Azərbaycana gəlib.
 
Lent.az– ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, “MiQ-29”, “F-16” qırıcıları, “Su-25”, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edəcək.
 
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə, yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.
 
Hərbi təyyarələr və helikopterlər gəlməkdə davam edir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1278

Oxşar yazılar