TürkPA Bakı Bəyannaməsi qəbul etdi - YENİLƏNİB
13 iyun 2014 17:03 (UTC +04:00)

TürkPA Bakı Bəyannaməsi qəbul etdi - YENİLƏNİB

0

Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasına yekunu olaraq Bəyannamə qəbul ediblər. Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli DÖvlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir.

Bundan başqa bildirilir ki, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir.

Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə Konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.

TürkPA Ermənistan – Azərbaycan DAğlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Bəyənnamə TürkPA –ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxsıtan Parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar