Üç ölkənin müdafiə naziri Naxçıvanda “Əshabi-Kəhf” ziyarətgahında olublar
18 avqust 2014 21:55 (UTC +04:00)

Üç ölkənin müdafiə naziri Naxçıvanda “Əshabi-Kəhf” ziyarətgahında olublar

0
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri davam edir
 
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov,  İrakli Alasaniya və  İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.
 
Qonaqlar Şəhidlər xiyabanında ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.
 
Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.
 
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1888

Oxşar yazılar