Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
***
saat 13:51
Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla Qarabağdakı vəziyyətin sabitləşməsini müzakirə edib.