Antibiotiklərə müqaviməti olan bakteriyalar bəşəriyyəti təhdid edir
1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Ümumdünya Sağlamlıq Gününü “Mikrob əleyhinə dərmanlara qarşı müqavimət. Bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq” devizi altında keçirir.
2011-ci il Ümumdünya Sağlamlıq Gününün mövzusu yoluxucu xəstəliklərin müalicəsi üçün istifadə olunan bir çox dərmanların bütün dünyada davamlı şəkildə öz təsirini saxlaması məsələsinin həllinə yönəldilir. Biz insanların antibiotiklərdən, eləcə də bir neçə on il, hətta bir neçə il bundan əvvəl İİV/QİÇS halında öldürücü hesab olunan xəstəliklərin müalicəsi üçün istifadə edilən mikrob əleyhinə digər dərmanlardan asılı olduğu bir dövrdə yaşayırıq. Mikrob əleyhinə dərmanlara qarşı müqavimət (bu, dərmanlara qarşı müqavimət də adlanır) baş verdikdə, həmin dərmanlar təsirsiz qalır. ÜST bu dərmanları gələcək nəsillər üçün qoruyub saxlamaq işinə qlobal öhdəliyi gücləndirməyə çağırır.
Mikrob əleyhinə maddələr bakteriyaların, göbələklərin, parazitlərin və virusların yaratdığı infeksiyaların törətdiyi xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlardır. Mikrob əleyhinə dərmanların kəşf edilməsi bəşər tarixində səhiyyənin ən mühüm nailiyyətlərindən biridir – onlar xəstəlikləri azaltmış və insanların həyatlarını xilas edib. Bununla belə, son 70 ildə təbabətdə və baytarlıqda mikrob əleyhinə dərmanlardan səhv istifadə olunması həmin dərmanlara qarşı müqaviməti olan müxtəlif saylı və növlü mikroorqanizmlərin amansız şəkildə törəyib-artmasına səbəb olub. Bu da ölümlərin, xəstəliklərin və əlilliklərin sayının çoxalmasına, eləcə də müalicə xərclərinin daha da artmasına səbəb olub.
Hesablamalara görə, hər il təkcə Avropa Birliyində 25 min nəfərdən çox insan əksər hallarda onlara xəstəxanalarda yoluxmuş antibiotiklərə müqaviməti olan bakteriya infeksiyalarından ölür. Əlamətlər vəziyyətin daha da pis olduğundan xəbər verir. Regiondakı həkimlər və alimlər ehtiyat edirlər ki, antibiotiklərə müqaviməti olan infeksiyaların əmələ gəlməsinə və yayılmasına səbəb olan antibiotiklərdən səhlənkar istifadə ilə biz, antibiotiklər kəşf edilməzdən əvvəlki dövrə qayıda bilərik və o zaman sadə infeksiyalar müalicə olunmaya, adi əməliyyatlar və müdaxilələr həyat üçün təhlükə yarada bilər.
ÜST-ün Avropa üzrə Regional Direktoru Jujanna Cakab bildirib ki, biz antibiotiklərə müqavimətin görünməz səviyyəyə qalxdığı kritik bir zamana gəlib çatdığımız və yeni antibiotiklərin kifayət qədər tez yaranmayacağı ilə bağlı həyəcan siqnalı qaldırmalıyıq: “Antibiotiklər dəyərli kəşfdir, lakin biz onları layiqincə qiymətləndirmirik, onlardan sui-istifadə edir və onları izafi işlədirik. İndi hər hansı dərmanın təsir etmədiyi super-bakteriyalar yaranıb. Avropada və dünyada səyahətlərin və ticarətin artması ilə əlaqədar insanlar anlamalıdır ki, bütün ölkələr bu problemi həll etməsə, ayrılıqda heç bir ölkə təhlükəsiz olmayacaq”.
ÜST-ün Azərbaycandakı Nümayəndəliyi öz tərəfdaşları ilə birgə 2011-ci il Ümumdünya Səhiyyə Günü ilə əlaqədar silsilə görüşlər və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbirlər təşkil edir.
Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32