UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Lent.az xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub. Qalibin adına əlavə vaxtda aydınlıq gəlib. “Betis”in ilk oyunda 2:1 qalib gəldiyi oyunun cavab matçında 90 dəqiqə “Fiorentina”nın eyni hesablı qələbəsi ilə başa çatıb. 30 dəqiqəlik əlavə vaxtda 1 qol vuran “Betis” finala çıxıb.
“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə üz-üzə gəlib. London təmsilçisi 1:0 qalib gələrək, adını finala yazdırıb.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
Fiorentina” (İtaliya) - “Betis (İspaniya) 2:2
İlk oyun - 1:2.
“Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0
İlk oyun - 4:1.