225 milyon avro:  “Real” iki ulduzla ayrılmağa  hazırdır
08 may 2025 19:46 (UTC +04:00)

225 milyon avro: “Real” iki ulduzla ayrılmağa hazırdır

İspaniyanın "Real" futbol klubu iki futbolçusunu - Rodriqo və Brahim Diası satmağı düşünür.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ispan klubu qarşıdan gələn yay transfer pəncərəsi zamanı Rodriqo və Brahim Diasla bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Madrid klubu hər ikisi üçün 225 milyon avro almağı planlaşdırır: Rodriqo üçün 150 milyon, Dias üçün isə 75 milyon.

2024/25 mövsümündə Rodriqo klubda 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Brahim Dias da öz növbəsində 49 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar