Flik “İnter”ə məğlubiyyətin səbəbkarını  “cəzalandıracaq”
08 may 2025 17:42 (UTC +04:00)

Flik “İnter”ə məğlubiyyətin səbəbkarını “cəzalandıracaq”

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Arauxonun oyunundan narazı olduğunu və onun komandadan göndərməyi planlaşdırdığını bildirib.

Məlum olduğu kimi "Barselona" Çempionlar Liqasının yarımfinalında "İnter"ə uduzub.

Lent.az xarici mediaya istinadən bildirir ki, Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flik bu görüşdə Ronald Arauxonun çıxışından məyus olub. 

Mənbənin məlumatına görə, məşqçi artıq müdafiəçini bu yay transferə çıxarmaq qərarına gəlib.

Məlum olduğu kimi, turnirin finalında “İnter” yarımfinalda London “Arsenal”ını məğlub edən PSJ ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar