Dövlət Komitəsi 3 ayda qeydə alınan ixtiraların sayını açıqladı
25 aprel 2011 16:22 (UTC +04:00)

Dövlət Komitəsi 3 ayda qeydə alınan ixtiraların sayını açıqladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə bu ilin devizi “Gələcəyin planlaşdırılması” elan edilib.

Azərbaycan Respublikası 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə ÜƏMT-nın bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizə maraq daha da artıb, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib. Əqli mülkiyyət elm, texnika və mədəniyyətin inkişafının mühüm amilidir. Əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının saxlanması, qorunması üçün zəruridir.


Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ilin ilk rübü ərzində patent sahəsinin inkişafı ilə bağlı bir sıra işlər görülüb. Komitənin Patent şöbəsi tərəfindən Cənubi Koreya və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssisləri ilə görüşlər təşkil edilib, ÜƏMT ilə imzalanmış əməkdaşlıq proqramı çərçivəsində “WIPOScan proqramı”nın test versiyası quraşdırılıb, iş prinsipləri ilə tanışlıq aparılıb. Bundan başqa, ÜƏMT-nin Əqli mülkiyyət, ənənəvi biliklər, genetik resurslar və folklor üzrə Hökümətlərarası Komitəsinin və Əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər üzrə Daimi Komitənin iclaslarında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları yaxından iştirak edib. Cari ilin 7-8 aprel tarixlərində Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) təşəbbüsü ilə “Almaniya və Azərbaycanda patent və əmtəə nişanı hüququ” adlı beynəlxalq seminar təşkil olunub.

Bu ilin ilk rübündə 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınaraq müvafiq mühafizə sənədləri hüquqi sahiblərinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar