
BMT: Azərbaycanda 593 min məcburi köçkün var
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2010-cu ilin sonuna olan məlumatına görə, Azərbaycanda 592860 məcburi köçkün var. Bu rəqəm BMT QAK-nı “Qlobal tendensiyalar, 2010-cu il” adlı hesabatında öz əksini tapıb. APA-nın məlumatına görə, hesabatda dünyada ümumilikdə 43,7 milyon nəfər qaçqın və məcburi köçkünün olduğu bildirilir. Bunların 27,5 milyon nəfəri məcburi köçkünlərdir. Ötən il qaçqınların sayı sabit qalıb, hazırda dünyada 15,4 milyon nəfər qaçqın var. Qeyd edək ki, hesabata ərəb ölkələrindəki iğtişaşlarla bağlı başlayan miqrasiya dalğasının statistik nəticələri daxil edilməyib. 2010-cu ildə qaçqınların sayına görə Əfqanıstan lider statusunu qoruyub. Hazırda dünyanın 75 ölkəsində 3 milyona yaxın əfqan qaçqın var. Başqa ölkələrdə sığınacaq tapan iraqlıların sayı isə 1,7 milyon nəfərdir. Qaçqınlara daha çox sığınacaq verən ölkələr isə Pakistan, İran, Suriya, Almaniya və İordaniyadır.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40