Ürək-damar xəstəliklərinin gizli dövrü mobil telefonla aşkarlanacaq
Dünyada ilk dəfə olaraq Azərbaycanda ürək-damar sistemində patoloji proseslərin yaranmasının gizli dövrünü mobil telefonlar vasitəsilə aşkar etmək mümkün olacaq.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda ürək damar sistemində patoloji proseslərin yaranmalarının gizli dövrünün monitorinqini təmin edən küy analizi və robast proqram-aparat vasitəsinin nəzəri əsasları yaradılıb, mobil telefonlardan istifadə etməklə kütləvi istifadə üçün əlverişli imkanın mümkünlüyü göstərilib. Bu ilin axırına qədər mobil telefon vasitəsilə ürək-damar xəstəliklərinin gizli dövrünün monitorinqini və yaxud da belə şəxslərdə dinamikanın dəyişməsini izləmək mümkün olacaq.
İnstitut direktoru deyib ki, hələlik bu layihəni həyata keçirmək üçün mobil operatorlarla danışıqlar aparılmayıb: “Əvvəlcə biz bu layihəni nümayiş etdirmək istəyirik. Bu layihəyə xarici ölkələrin də marağı böyükdür. Artıq bizə bu sahədə birgə əməkdaşlıq etmək üçün İngiltərədən, İspaniyadan, Polşadan müraciətlər olunub. Bu ilin oktyabr-noyabr aylarında biz mobil telefonlar vasitəsilə bunu nümayiş etdirə biləcəyik”.
T. Əliyev bildirib ki, bu monitorinq diaqnostika deyil: “Monitorinq sadəcə ürək-damar problemi olan şəxslərdə prosesin başlandığını göstərəcək. Diaqnozu isə yenə də həkim qoyacaq. Bu, həkimi əvəz etməyəcək”.
T. Əliyevin sözlərinə görə, yeni kəşf küylərin analizi nəzəriyyəsi və qəzaların gizli dövrünün monitorinqi texnologiyası əsasında hazırlanıb. İşin yeniliyi Avrasiya patenti ilə təsdiq edilib və alınmış nəticələr nüfuzlu jurnallarda nəşr edilib.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40