Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 141 m3/san azalaraq 459 m3/san təşkil edib.
Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda mis birləşmələri 3, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə mis birləşmələri 4, fenollar 3, Bəhrəmtəpədə fenollar 3, mis birləşmələri isə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,33-12,2 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxşar yazılar
Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43
Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA
5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq - Sabahın havası
5 iyul 2025 , 12:38Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi
5 iyul 2025 , 12:36
Allahşükür Paşazadə qan verdi
5 iyul 2025 , 11:15
Sevgi və xoş xəbərlər: İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq
5 iyul 2025 , 11:12