Vaxtımız başladı
22 iyun 2011 12:25 (UTC +04:00)

Vaxtımız başladı

Azərbaycan Respublikasının Dövlət ilkin Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində - “www.azstand.gov.az” saytında yayımlanmağa başlayıb.


Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda etalon vaxtın Azərbaycan Respublikasının dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər gedir.


Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir. Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antena ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

5 iyul 2025 , 14:45
Dünyada  İLK:  Qadın süni intellektlə hamilə qaldı

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası  olmayacaq - PROQNOZ

Sabah da çimərlik havası olmayacaq - PROQNOZ

5 iyul 2025 , 13:43
Aşura bu gündür  - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq  - Sabahın havası

Bakıya yağış yağacaq - Sabahın havası

5 iyul 2025 , 12:38
Bu məhsulların qiymətlərini qaldırmaq  təklif edildi

Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi

5 iyul 2025 , 12:36
Allahşükür Paşazadə qan  verdi

Allahşükür Paşazadə qan verdi

5 iyul 2025 , 11:15
Sevgi və  xoş xəbərlər:   İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq

Sevgi və xoş xəbərlər: İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq

5 iyul 2025 , 11:12