AMEA-da YUNESKO-nun seksiya rəhbərinin iştirakı ilə iclas keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iyunun 22-də keçirilən növbəti iclası “Palçıq vulkanizmi sisteminin seysmogeoloji modeli” adlı elmi məruzəyə həsr edilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA prezidenti Mahmud Kərimov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Elmi məruzə ilə çıxış edən geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov bildirib ki, son illər əldə edilmiş yüksək keyfiyyətli 2D və 3D seysmik məlumatların geoloji interpretasiyası üzrə tədqiqatlara QGT və SK-ŞSP işlərinin nəticələri əlavə edilərək palçıq vulkanlarının morfoloji quruluşu, əmələgəlmə prosesi və onların mənşəyinin yerləşdikləri dərinliklər haqqında müfəssəl məlumatlar əldə etmək mümkündür. Aparılmış elmi-tədqiqat işlərindən danışan Namaz Yusubov əldə edilmiş nəticələrə əsasən Yer təkində yaranmış karbohidrogen ehtiyatlarının fəza və məkanda paylanması, kiçik qiymətli hiposentrə malik zəlzələlərin yaranma mexanizminin tədqiqi kimi mühüm elmi və xalq təsərrüfatı əhəmiyyətli məsələlərin həll ediləcəyini qeyd edib.
Tədbirdə iştirak edən YUNESKO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev çıxış edərək YUNESKO tərəfindən Azərbaycanda elmi siyasət, texnologiya və innovasiya strategiyasının inkişafına göstərilən dəstəkdən söz açıblar. Onlar elmin idarə olunması və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıblar.
Akademik T.Nağıyevin AMEA Kimya elmləri bölməsin bürosunun üzvlüyünə təsdiq edilməsi və AMEA Geologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq protokolu haqqında məsələlər də müzakirə olunub.

Oxşar yazılar
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04