İstirahət zonalarında və kafelərdə yararsız mallar aşkarlandı
23 iyun 2011 17:14 (UTC +04:00)

İstirahət zonalarında və kafelərdə yararsız mallar aşkarlandı

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 600 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Həmin mağazalar aşağıdakılardır:
Bakının Xəzər rayonunda
- Mərdəkan qəsəbəsi, Avtovağzal ərazisində Zakir Mirzəyevə məxsus mağazada;
- Binə qəsəbəsi, Ə.İsazədə küçəsi, ev 51 ünvanında Vaqif Rzayevə məxsus mağazada;
- Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə H.Hasilov küçəsi ilə kəsişməsində Mahir Kəlbiyevə məxsus mağazada;
- Binə qəsəbəsi, Bakı-Mərdəkan yolunda yerləşən “Binə market”;
- Binə qəsəbəsi, F.Aynulov küçəsindəki “Sizin AS market”;

Abşeron rayonunda
- Novxanı qəsəbəsində yerləşən “SUN-SİT” istirahət zonasında və dəniz kənarındakı “Həyat market” ;

Sumqayıt şəhərində
- Novxanı şossesində “Orxan” kafesi və “Neptun” istirahət mərkəzi;
- Sahil zolağında yerləşən “Özal market”;
- Corat qəsəbəsində yerləşən “Dərya”, “Nicat” və “Ümid” kafeləri;

Gədəbəy şəhərində
- M.Ə.Rəsulzadə küçəsində Hamlet İbrahimovaya məxsus mağazada;

Gədəbəy rayonunda
- Saratovka kəndində Faiq Hüseynova məxsus mağaza;

Şəki şəhərində
- Bağbanlar küçəsində yerləşən “Murad” mağazası;

Füzuli rayonunda
- Qayıdış qəsəbəsi, 8 ünvanında Simnarə Cəfərovaya məxsus mağaza;

Kürdəmir rayonunda

- Bazar ərazisində Elnur Qasımova məxsus mağaza;
- Ş.Şıxalıyev küçəsində Qulu Cəfərova məxsus mağaza;

Şəmkir rayonunda
- 20 Yanvar küçəsində Haqverdi Məhərrəmova məxsus mağaza;

Qəbələ rayonunda
- Vəndam qəsəbəsində Həmzət Zakirova məxsus mağaza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar