“ELS” Nieleni Forumunun Azərbaycanda əlaqələndirici təşkilatı seçilib
Vətəndaş cəmiyyətinin fəal üzvləri (ərzaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən assosiasiyalar, ekoloqlar, kənd təsərrüfatı sahəsində çalışanlar, cəmiyyətin müxtəlif təmsilçiləri və s.) bu ilin avqust ayında Avropada Ərzaq Təhlükəsizliyi uğrunda Nieleni Forumuna toplaşacaqlar. Ərzaq təhlükəsizliyi sahəsində əldə etdiyi təcrübə nəzərə alınaraq, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Nieleni Forumu təşkilatçıları tərəfindən Azərbaycanda əlaqələndirici təşkilat kimi seçilib.
Mərkəzin rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, forumun təşkilində məqsəd Avropada Ərzaq Təhlükəsizliyində ümumi çətinliklər və maneələrin müəyyənləşdirilməsi, Avropada Ərzaq Təhlükəsizliyini reallığa çevirmək yolunda görüləcək fəaliyyətlər üçün birgə planın və ümumi strategiyanın tərtib edilməsi, Ərzaq Təhlükəsizliyi üçün yerli əsas təşəbbüslərin gücləndirilməsi, Avropada artıq həyata keçirilmiş olan ərzaq təhlükəsizliyi naminə mübarizənin qeyd edilməsi, müxtəlif ölkə və sahələrdən ərzaq təhlükəsizliyi təşəbbüsləri şəbəkəsinin qurulmasının asanlaşdırılmasıdır. Forum iştirakçıları ilk növbədə beynəlxalq və yerli səviyyələrdə ərzaq təhlükəsizliyinin reallaşdırılması və həyata keçirilməsinə yönəlmiş qlobal strategiyanın işlənilməsi məsələsini müzakirə edəcək və birgə fəaliyyət imkanlarını araşdıracaqlar.
İradə Yaqubova qeyd edib ki, “ELS” ötən 5 il ərzində ərzaq təhlükəsizliyi sahəsində araşdırmalar aparıb və nəinki qida məhsullarının istehsalı, hətta istehlakla bağlı problemlərin mövcudluğunu aşkarlayıb: “Rəsmi məlumatlara əsasən, 2010-cu ildə dünyada 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkib və bu say 2009-cu ilə nisbətən az olsa da, hələ də 2008-ci illə müqayisədə çoxdur. Nəzərə alsaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq, belə halda dünya ölkələrinin milli təhlükəsizliyini təmin edən ərzaq təhlükəsizliyi məsələsi üzrə bir araya gəlmələri və bu məqsədlə dialoqların genişləndirilmələrinin zəruriliyi ön plana çıxır. Lakin qlobal iqtisadi böhran şəraitində mövcud dünya ərzaq sisteminin təkmilləşdirilməyə və ya ümumiyyətlə, dəyişilməyə ehtiyacı olduğu, artıq bir neçə il dövlət səviyyəsində dünyada müzakirə edildiyinə baxmayaraq, hələ də ciddi irəliləyişə nail olunmaması göz önündədir”.
Xatırladaq ki, 22-23 iyun tarixində Parisdə “Böyük iyirmilik (G20)” sammiti çərçivəsində ilk dəfə olaraq kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib. Görüşün məqsədi ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsi olub. Məsələnin mürəkkəbliyi və çox şaxəli olduğu nəzərə alınaraq, vətəndaş cəmiyyətinin fəal üzvlərinin bu ilin avqust ayında Avropada Ərzaq Təhlükəsizliyi uğrunda Nieleni Forumuna toplaşması qərarı alınıb.
Xəyalə Muradlı

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06