Bakının bütün orta məktəbləri vahid məktəbli geyiminə keçdi
Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat verib. Z. Əliqızının sözlərinə görə, növbəti tədris ilində iki geyim forması tətbiq olunacaq: “Qərara müvafiq olaraq I-VI sinif şagirdlərinin bir, VII-XI sinif şagirdlərinin isə başqa vahid geyimi olacaq. Yeni tədris ilindən, yəni sentyabrın 15-dən şagirdlər müəyyənləşdirilmiş geyimlə məktəblərə gedəcəklər”.
Z. Əliqızı geyimlərin vaxtında alınması ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib: “Valideynlərin nəzərinə çatdırırıq ki, məktəbli formalarını sentyabrın 15-dək əldə etsinlər. Çünki təhsil ili öncəsi satış mərkəzlərinə kütləvi axın olur və bəzi narahatlıqlar yaranır”.
Z. Əliqızı bildirib ki, məktəbli formalarının satışı ilə Bakı Tikiş Evi məşğul olur, geyimlər artıq Tikiş Evinin bütün satış mərkəzlərində satışa çıxarılıb. Bakı Tikiş Evinin paytaxtın bütün rayonlarında satış mərkəzlərinin fəaliyyət göstərdiyini deyən sektor müdiri qeyd edib ki, valideynlər bu mərkəzlərin ünvanları haqqında övladlarının təhsil aldıqları məktəblərdən daha dəqiq məlumat ala bilərlər.
Qeyd edək ki, 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. İlkin mərhələdə hər bir məktəblinin öz geyimi olub. Lakin 2010-2011-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib.

Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26