Bakıda beynəlxalq elmi konfrans keçirilir
Lent.az-ın məlumatına görə, konfransı giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfrans barədə məlumat verib. N.Vəlixanlı bildirib ki, konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr olacaq.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov AMEA Rəyasət Heyətinin təbrik məktubunu oxuyub.
Daha sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, konfransın mövzusunun əhəmiyyətli və aktual olduğunu deyib. Nazir müavini Azərbaycanda muzey sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, ölkədə 250 muzey var ki, onlardan 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir. S.Məmmədəliyeva qeyd edib ki, 2006-cı ildən başlayaraq , prezident İlham Əliyev tərəfindən muzey işi sahəsində 9 sərəncam imzalanıb.
Nazir müavini işğal altında qalmış ərazilərimizdəki muzeylər barədə də danışıb. Vurğulayıb ki, işğal olunmuş ərazilərdə 100 mindən çox əşyanın toplandığı 22 muzey qalıb. Onların bir qisminin fəaliyyəti Azərbaycanın digər regionlarında bərpa olunub.
Qeyd edək ki, muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans iyulun 2-ə qədər davam edəcək. Konfrans çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Bolqarıstan, İtaliya və digər ölkələrin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. İyulun 1-də isə konfrans iştirakçılarının orta əsr Ağsu şəhərinə ekskursiyası təşkil olunacaq.
Xəyalə

Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26