Çaylarımızın suyu azalır
04 iyul 2011 13:29 (UTC +04:00)

Çaylarımızın suyu azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının əvvəllərində respublikanın çaylarında sululuğun bir qədər azalması müşahidə olunub.


Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-250, Kiçik Qafqaz çaylarında 65-105, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 285 m3/san, yəni ongünlük normanın 95 faizini ( 2010-cu ildə 252 m3/san olmaqla ongünlük normanın 84 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 115 m3/san, yəni ongünlük normanın 79 faizini ( 2010-cu ildə 160 m3/san olmaqla ongünlük normanın 110 faizini) təşkil edir.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 471 sm (2010-cu il iyulun 4-də səviyyə 698 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 367 sm (2010-cu il iyulun 4-də səviyyə 628 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 375 sm (2010-cu il iyulun 4-də səviyyə 630 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 279 sm (2010-cu il iyulun 4-də səviyyə 371 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (2010-cu il iyulun 4-də səviyyə 423 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.
# 575

Oxşar yazılar