“Azərsu” işçi axtarır
04 iyul 2011 15:44 (UTC +04:00)

“Azərsu” işçi axtarır

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutu iş həcminin artması ilə əlaqədar konstruktor, konstruktor-hidrogeoloq, elektrik, smetaçı, topoqraf-geodeziyaçı, geoloq ixtisasları üzrə işçi qəbulu elan edir.


“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iddiaçı namizədlərdən kompüter bilikləri, xüsusən də “AutoCAD”, “SMETA plyus” proqramlarında sərbəst işləyə bilmək və müasir topogeodeziya avadanlıqlarından istifadə etmək bacarıqları tələb olunur.


Maraqlananlar şəxsi məlumatlarını (CV) “office@sukanal.az” elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə bu sahədə ən azı 5 il iş stajına malik şəxslər buraxılır.
# 837

Oxşar yazılar