Azərbaycana qayıdanların sayı gedənləri üstələyib
İndiyə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) avtomatlaşdırılmış fərdi uçot sistemində 11 min 260 nəfər xarici ölkə vətəndaşına sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Lent.az-ın verdiyi məlumata görə, bunu DSMF sədri Səlim MüslümovYeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir.
Səlim Müslümov bildirib ki, bir çox səbəblərdən iqtisadiyyatda böhranın yaşandığı 1990-1994-cü illərdə Azərbaycandan gedənlərin sayı 342,3 min nəfər, ölkəyə gələnlərin sayı isə 211,2 min nəfər olub. Yəni emiqrasiyanın immiqrasiyadan artıq olan hissəsi 130,8 min nəfər təşkil edib. İqtisadi geriləmənin dayandırıldığı və inkişafın tədricən reallaşdırıldığı 1995-1999-cu illərdə ölkədən gedənlərin sayı 64,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər olub və emiqrasiya artıqlığı 34,8 min nəfərə enib. Sürətli iqtisadi inkişafın tədricən təmin olunduğu 2000-2004-cü illərdə ölkədən gedənlərin sayı 28,1 min nəfər, ölkəyə gələnlərin sayı isə 13,1 min nəfər olmaqla, emiqrasiya artıqlığı 15 min nəfər qeydə alınıb. İqtisadiyyatın sürətlə inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin sayı 12,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 12,1 min nəfər olmaqla, emiqrasiya fərqi 4 yüz nəfərədək azalıb. Ayrılıqda götürüldükdə isə 2008-2009-cu illərdə 2 min nəfərlik immiqrasiya artıqlığı qeydə alınıb. Yəni həmin illərdə Azərbaycana gələnlərin sayı gedənləri üstələməyə başlayıb.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06