“Bütün orta məktəblərdə vahid məktəbli geyiminin nə vaxt tətbiq olunacağı məlum deyil”
05 iyul 2011 11:54 (UTC +04:00)

“Bütün orta məktəblərdə vahid məktəbli geyiminin nə vaxt tətbiq olunacağı məlum deyil”

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə iş aparılır: “Lakin ölkə üzrə vahid məktəbli geyiminin nə vaxt tətbiq olunacağını söyləmək mümkün deyil”.


M. Mərdanov Azərbaycanın ümumtəhsil məktəblərində keçirilən buraxılış imtahanlarının nəticələrinə də münasibət bildirib: “Nəticələri çox yaxşı qiymətləndirirəm”.

Qeyd edək ki, 2011-2012-ci tədris ilindən Bakının bütün orta ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq olunacaq.
# 428

Oxşar yazılar