
Mətbuat Şurası “Vesti.az” xəbər portalının baş direktoru Araz Zeynalovu təbrik edib
“APA Group”a daxil olan “Vesti.az” xəbər portalının baş direktoru Araz Zeynalovu 50 illik yubileyi münasibəti ilə təbrik edib. APA-nın xəbərinə görə, MŞ-nin saytında yerləşdirilən təbrikdə Araz Zeynalovun Azərbaycan mətbuatındakı xidmətləri qeyd olunub: “Hidayət Zeynalov və Məryəm Həsənzadə kimi görkəmli jurnalistlərin ailəsində boya-başa çatmaq peşə seçiminizə təsirsiz ötüşməyib. Lakin diqqətə layiq cəhət varislik ənənəsinə ləyaqətinizin öz zəhmətiniz, öz imzanızla qazanılmasındadır. 50 yaşınızın tamamında bu mənada yaşanılan illərinizin iftixarla yada salınması üçün kifayət qədər misalların mövcudluğu sevinc doğurur. Sizi jurnalistika ilə bağlayan müddət 30 ilə yaxındır. Mənsub olduğunuz ailəyə və ilk yazılarınıza nəzər salanda adama elə gəlir ki, bunun təməlinin daha əvvəllərdən hesablanması məntiqidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra 1983-1996-cı illərdə dərc olunan oxunaqlı yazılarınızın “Azərbaycan gəncləri” qəzetinin səhifələrində əbədi izi qalıb. Baş redaktor kimi təcrübəniz 1996-2000-ci illərdə iki dildə nəşr edilən “Panorama” qəzetinin də populyarlaşmasında mühüm rol oynayıb. 2009-cu ilin mart ayından eyni vəzifəni daşıdığınız “Vesti.az” xəbər portalı da belə yüksək imicə malikdir”.
Təbrikdə daha sonra deyilir ki, “Vesti.az” xəbər portalı rus dilində fəaliyyət göstərsə də, jurnalist ictimaiyyətinin səciyyələndirdiyi kimi azərbaycanlı düşüncəsi ilə işləyir: “Çünki Sizin təbirinizcə desək, “jurnalistikanın dili yoxdur, dərki, düşüncəsi, mühakimələri var””.
Təbrikdə daha sonra deyilir ki, “Vesti.az” xəbər portalı rus dilində fəaliyyət göstərsə də, jurnalist ictimaiyyətinin səciyyələndirdiyi kimi azərbaycanlı düşüncəsi ilə işləyir: “Çünki Sizin təbirinizcə desək, “jurnalistikanın dili yoxdur, dərki, düşüncəsi, mühakimələri var””.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40