Qusarçay və Qudyalçay çaylarında sululuq artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər respublika ərazisində havaların isti və yağmursuz keçməsi ilə əlaqədar bəzi dağ çaylarında sululuq bir qədər azalıb.
Lakin Böyük Qafqazın şimal-şərqindəki yüksək dağlıq ərazilərdə temperaturun yüksəlməsi, qarın və buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçay çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba- Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-125, Balakən-Şəki bölgəsi çaylarında 70-113, Lənkəran-Astara bölgəsi çaylarında 40-140, Kiçik Qafqaz çaylarında 40-90 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 230 m3/san, yəni ongünlük normanın 77 faizini ( 2010-cu ildə 223 m3/san olmaqla ongünlük normanın 75 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95 m3/san, yəni ongünlük normanın 65 faizini ( 2010-cu ildə 125 m3/san olmaqla ongünlük normanın 86 faizini) təşkil edir.
Son günlər Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin azalma müşahidə olunub. İyul ayının 01-dən 07-nə qədər Surra məntəqəsində suyun səviyyəsi 52 sm, Şirvanda 80 sm, Salyanda 110 sm, Bankədə 30 sm, Araz çayının Novruzlu məntəqəsində isə 65 sm azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 445 sm (2010-cu il iyulun 7-də səviyyə 686 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 322 sm (2010-cu il iyulun 7-də səviyyə 620 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 320 sm (2010-cu il iyulun 7-də səviyyə 620 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 261 sm (2010-cu il iyulun 7-də səviyyə 366 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2010-cu il iyulun 7-də səviyyə 410 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40