Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətlərin statistikasını açıqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 119 müraciət daxil olub.
Ağacların kəsilməsi ilə əlaqədar 22, aşma təhlükəsinin olması ilə əlaqədar 53, atmosfer havasının çirklənməsi ilə bağlı 9, məişət tullantılarının qalaqlanması ilə bağlı 14, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 12, yerin təkindən istifadə ilə bağlı 2, faunanın mühafizəsi ilə bağlı isə 4 müraciət daxil olub.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb. 2 müraciət isə öz təsdiqini tapmayıb.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 53 müraciətdən 47-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab sayılıb, 5 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy və faunanın mühafizəsi ilə əlaqədar daxil olmuş 44 müraciətdən 10-u ilə bağlı qanuna müvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 30 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40