FHN Bakının sürüşmə zonalarında monitorinq keçirib - FOTO
Məlumatda bildirilir ki, Bakı Regional Mərkəzi əsasnaməsinə uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən sürüşmə zonalarında mütəmadi olaraq monitorinqlər həyata keçirir. Növbəti belə monitorinq Səbail rayonunda, Bayıl sürüşmə sahəsində keçirilib. Monitorinqdə Mərkəzin əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Regional Mərkəzin Əlaqələndirmə Komissiyasının, Səbail bələdiyyəsinin nümayəndələri iştirak ediblər. Monitorinqlərin nəticəsi qaneedici olsa da, elə monitorinq yerində keçirilmiş səyyar müşavirədə mövcud vəziyyət müzakirə olunub, gələcəkdə baş verə biləcək fəsadların ehtimalı araşdırılıb. Sonda monitorinqlərin gələcəkdə də davam etdirmək qərara alınıb.
Növbəti monitorinq Xətai rayonu Əhmədli-1 və Əhmədli-2 sürüşmə sahələrində keçirilib. Monitorinq nəticəsində ərazidə qoyulmuş mayaklarda dəyişikliyin olmadığı müşahidə edilib, ərazidə nisbi stabil vəziyyət qeydə alınıb. Monitorinq iştirakçıları, eləcə də monitorinqi maraqla izləyən bir qrup yerli sakin sürüşmə zonalarında mütəmadi monitorinqlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59