Bakıda və Şəmkirdə mağazalarda müddəti ötmüş ərzaq məhsulları aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinq keçirilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda A.Məhərrəmov küçəsi, ev 30 A ünvanında Gündüz Abdullayevə məxsus mağazada və “Sofiya market”də, M.Cəfərov küçəsi, ev 16 ünvanında yerləşən “Şeyla market”də, İ.Qasımov küçəsi, ev 2A ünvanındakı “Delfin market”də, Xəzər rayonunda Mərdəkan qəsəbəsində “Sahil market”də və "Alqida market"də, Şüvəlan qəsəbəsində Gülnaz Quliyevaya məxsus mağazada, eyni zamanda Şəmkir şəhərində 20 Yanvar küçəsində Nəsrəddin Hümbətova məxsus mağazada və Ə.Cavad küçəsində Məzahir Əliyevə məxsus mağazada ümumi çəkisi 120 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub.
Həmin ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59