Azərbaycanlı rejissora BMT-dən reklam təklifi
12 iyul 2011 15:36 (UTC +04:00)

Azərbaycanlı rejissora BMT-dən reklam təklifi

Lent.az-ın məlumatına görə, rejissor 3 reklam çarxı çəkib və həmin çarxların təqdimatı olub. Reklam çarxları erkən nikah, ailədə zorakılıq, hüquq bərabərliyi mövzularına həsr olunub.


Şahin Zəkizadə deyib ki, layihə çərçivəsində 18 reklam çarxı çəkiləcək. Bundan başqa, telekanallardan birində eyniadlı sosial mövzulu proqram başlayacaq. Proqramın yayımı sentyabr ayına nəzərdə tutulub: “Görülən işlərin yekunu kimi xeyriyyə konserti planlaşdırılıb. Konsertdə Türkiyə, Rusiya, Azərbaycan sənətçilərinin iştirakını planlaşdırmışıq. Əldə olunan vəsait implantasiyaya məcbur insanların müalicəsinə və əməliyyatına sərf olunacaq”.


Layihə BMT tərəfindən maliyyələşir və “AGAT” təşkilatı tərəfindən həyata keçirilir.

“Qoruyaq” layihəsi bu ilin sonunadək davam edəcək.

Lalə Yusifqızı
# 1226

Oxşar yazılar