Binəqədidə gənclər hərbi xidmətə yola salınıb - FOTO
Bu barədə Lent.az-a RİH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev bildirib. Tədbiri giriş sözü ilə açan rayon hərbi komissarının vəzifəsini icra edən polkovnik-leytenant Mehman Qurbanov hərbi xidmətə çağırışla bağlı verilmiş Fərmanın icrası ilə bağlı məlumat verib. Hərbi xidmətə yola düşən gənclərə nümunəvi xidmət arzulayan RİH başçısı Alı Qocayev ölkədə həyata keçirilən ordu quruculuğu sahəsində möhtəşəm uğurların əldə olunduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının aparıldığını, eyni zamanda hər an işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində öz sözünü deməyə qadir qüdrətli ordumuzun olduğunu vurğulayıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Respublika Hərbi Komissarlığının zabiti, kapitan Yasin Aşurov, YAP Rayon Təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimova, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, şəhid anası Dilarə Cabbarova və digərləri hərbi xidmətə yola düşən gənclərə uğurlu yol, nümunəvi xidmət arzulayıb.
Sonda gənclərə təşkilatçılar tərəfindən içərisində gündəlik gigiyenik vasitələr olan bağlamalar təqdim olunub.
Tədbir Binəqədi Mədəniyyət Evinin kollektivinin ifasında bədii hissə ilə yekunlaşıb.

Oxşar yazılar

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22