Temperatur 38 dərəcəyə çatacaq
14 iyul 2011 00:00 (UTC +04:00)

Temperatur 38 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
# 436

Oxşar yazılar