MTN-in Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı
Lent.az MTN-in saytına istinadən xəbər verir ki, tədbirdə MTN və Dövlət Sərhəd Xidmətinin rəhbər həyəti, veteranlar və məzunların valideynləri iştirak ediblər.
Əvvəlcə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Akademiya fakültələrinin buraxılışı münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Nazir bildirib ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri məzunların vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaq. Qeyd olunub ki, nazirliyin müxtəlif struktur bölmələrində və Azərbaycanın dövlət sərhədlərində hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Nazir bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazandıqları nəzəri və praktiki biliklərin hər iki dövlət qurumunun gənc zabitləri üçün gələcək fəaliyyətdə yaxşı təməl olacağını diqqətə çatdıraraq bildirib ki, məqsəd birdir: Vətənin təhlükəsizliyini qorumaq, müstəqilliyi və dövlətçiliyi möhkəmlətmək.
Akademiyada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini qeyd edən Eldar Mahmudov bunun uğurlu fəaliyyətin başlıca amili olduğunu bildirib. Vətənpərvərlik amilinə ciddi diqqət yetirməkdə əsas məqsəd, ilk növbədə Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunmasıdır. Ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanların tam səfərbər edilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün dövlət orqanlarının qarşısına qoyulmuş bir nömrəli vəzifədir. Məlumdur ki, bu sahədə də sərhəd və təhlükəsizlik orqanlarının bütün potensialı səfərbər olunub.
“Bu işlərdə gənclərin üzərinə böyük vəzifələr və məsuliyyət düşür. Azərbaycan gəncliyi daim dövlətin qayğısını hiss edir. Qayğıya cavab isə Vətənə və dövlətə sədaqətdir” deyə nazir bildirib.
Eldar Mahmudov Ali Baş Komandanın bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev də çıxış edərək məzunları təbrik edib, silahlı qüvvələrimizin tərkibinə növbəti zabit korpusunun verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığını bildirib. Elçin Quliyev gənc zabitlərin bu səviyyəyə gəlib çatmasında dövlətin diqqət və qayğısını xüsusi qeyd edib.
Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb. Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini, 21 zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.
Akademiyanın məzunları leytenant Cavid Quliyev leytenant Həmzə Nəcəfov kursantlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, MTN və DSX-yə akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq ediblər.
Sonra Eldar Mahmudov və Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.

Oxşar yazılar
Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33