BDU-nun kadrla şöbəsinə yeni rəis təyin edilib - FOTO
13 iyul 2011 18:09 (UTC +04:00)

BDU-nun kadrla şöbəsinə yeni rəis təyin edilib - FOTO

İyulun 13-də Bakı Dövlət Universitetində Kadrlar Şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.


BDU-nun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, tədbirdə rektor akademik Abel Məhərrəmov, YAP icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər.


Müasir avadanlıqlarla təmin olunmuş Kadrlar şöbəsinin universitet həyatında mühüm yer tutduğunu deyən rektor Abel Məhərrəmov şöbənin 7 nəfər əməkdaşının böyük bir kollektivə, müəllim, professor və texniki işçilərə xidmət etdiyini, onlara diqqət və qayğıyla yanaşıldığını bildirib.

Kadrlar şöbəsinə yeni sədr təyinatının olduğunu qeyd edən rektor Şöbənin yenidən qurulmasında yeni rəis Səadət Namazovanın irəli sürdüyü təkliflərin dəyərləndirildiyini bildirib.

Kadrlar şöbəsinin rəisi Səadət Namazova yeni iş şəraitinin onlara əlavə stimul olacağını bildirib.
# 545

Oxşar yazılar