BDU-da Elmi Şuranın son iclası keçirilib - FOTO
13 iyul 2011 19:57 (UTC +04:00)

BDU-da Elmi Şuranın son iclası keçirilib - FOTO

Universtetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor akademik Abel Məhərrəmov çıxışında Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyindən bəhs edib və dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.


Tədris işləri üzrə prorektor, professor İradə Əliyeva 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər.


Çıxış edən tədris hissəsinin müdiri İbad İbadov bəzi kafedraların birləşməsindən, kafedraların adlarında dəyişiklik edilməsindən bəhs edib.


Bundan başqa tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər.

Elmi Şuranın iclasında YAP sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov, deputatlar Bəxtiyar Əliyev, Jalə Əliyeva da iştirak ediblər.
# 549

Oxşar yazılar