“Azərsu” işçi axtarır
14 iyul 2011 13:45 (UTC +04:00)

“Azərsu” işçi axtarır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması, habelə kadr potensialının gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.


“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “Azərsu” texnoloji proseslərin idarə edilməsi üzrə avtomatika və metrologiya ixtisaslı mütəxəssislərin müsabiqə yolu ilə işə qəbulunu elan edir.

Maraqlananlar şəxsi məlumatlarını (CV) “hr.bsi@azersu.az” elektron ünvanına göndərə bilərlər.
# 694

Oxşar yazılar