Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim-məşğələlər keçiriləcək
19 iyul 2011 16:53 (UTC +04:00)

Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim-məşğələlər keçiriləcək

Sentyabr ayından etibarən mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlərinə start veriləcək.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, bu layihə Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin birgə təşəbbüsü əsasında gerçəkləşəcək.

Təlim aktiv gənclər təşkilatlarının mətbuat xidmətlərinin rəhbərləri və gənc jurnalistlər üçün nəzərdə tutulub. Məşğələlərin silsilə xarakterli olması planlaşdırılır. Təlimin məqsədi gənclərin ictimaiyyətlə əlaqələr , mətbuat xidməti sahəsində bilik və bacarıqlarının yerli və xarici mütəxəssislərin köməyi ilə artırılmasıdır. İştirakçılar məşğələlər müddətində nəzəri məlumatlarla yanaşı, bu sahədə mövcud praktikanı da mənimsəyəcəklər.

Təlim mətbuatla işin düzgün qurulması, mətbuat konfranslarının təşkili, press-relizlərin yazılması və yayılması, yeni medianın imkanlarından düzgün istifadə olunması kimi əsas mövzuları əhatə edəcək.
# 521

Oxşar yazılar