14,7 min metr saxta elektrik naqilləri satışdan çıxarıldı
19 iyul 2011 18:15 (UTC +04:00)

14,7 min metr saxta elektrik naqilləri satışdan çıxarıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mustafayev küçəsi, ev 43, mənzil 3 ünvanında Rasim Musayevə məxsus mağazada aparılan yoxlama zamanı “Apex”, “Kabloline”, “Alkan Kablo”, “Zafer Kablo” adlı elektrik kabel və naqillərinin mənşəyini təsdiq edən sənəd və uyğunluq sertifikatı olmadan satıldığı müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Apex”, “Kabloline”, “Zafer Kablo” adlı elektrik kabel və naqillərinin etiketində istehsalçı müəssisənin göstərilmədiyi də müəyyənləşdirilib.

Aşkar edilmiş pozuntularla əlaqədar, 14,7 min metr saxta elektrik naqilləri satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb. Araşdırmalar davam etdirilir.
# 792

Oxşar yazılar