16 min müharibə əlilinə və şəhid ailə üzvünə ev verilib - NAZIR
21 aprel 2026 21:40 (UTC +04:00)

16 min müharibə əlilinə və şəhid ailə üzvünə ev verilib - NAZIR

0

Vətən müharibəsindən sonrakı dövrdə nazirliyimiz tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin dəstəklənməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Rəqəmlərlə biz buna baxsaq, 132 min unikal şəxsi 424 min müxtəlif xidmətlərlə təmin etmişik. O cümlədən 106 min şəxsə müxtəlif sosial ödəniş təyinatları ilə bağlı 120 min xidmət göstərmişik. 

Lent.az xəbər verir ki, bunu APA-ya müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Nazir qeyd edib ki, Vətən müharibəsindən sonrakı dövrlərdə şəhid ailələri və müharibə əlillərinə edilən sosial ödənişlərin məbləği 2 dəfə artırılıb: 

"25,6 min şəxsə müxtəlif birdəfəlik ödənişlər – sığorta ödənişləri həyata keçirilib. Bu proqramlar çərçivəsində prioritet istiqamətlərdən biri də müharibə əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu proqramın da icrası və əhatə dairəsi Vətən müharibəsindən sonrakı dövrdə artırılıb. Hazırda dövlət başçısının iki sərəncamı əsasında bu istiqamətdə iki müxtəlif proqram icra olunur. Vətən müharibəsindən sonrakı dövrdə biz bu kateqoriyada olan 7200 şəxsin mənzillə təminatını həyata keçirə bilmişik. Ümumilikdə isə 16 min müharibə əlilinə və şəhid ailə üzvünə mənzil təminatını həyata keçirmişik. Bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı istiqamətində də iş aparmışıq. Ötən müddət ərzində 7,7 min şəxsin avtomobillə təminatını həyata keçirmişik. Müharibədən sonrakı dövrdə isə 570-ə yaxın şəxsi avtomobillə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslər üçün sosial psixoloji dəstək, reabilitasiya tədbirləri də bizim üçün prioritet istiqamətlərdəndir. 11 min nəfərə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətini təmin edə bilmişik. Əzalarını itirmiş hərbi qulluqçularımıza da dəstək veririk. Dövlət başçısının tapşırığı əsasında müharibə əlillərimizi ən yüksək texnoloji protez ortopetik vasitələrlə təmin edirik. Ötən müddət ərzində 500-dən çox hərbçini 622 yüksək texnoloji protezlə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslərin məşğulluğu istiqamətində də tədbirlər həyata keçirilir. Bilirsiniz ki, bu istiqamətdə məşğulluq marafonu ölkədə geniş vüsət alıb. Ümumilikdə, ötən müddət ərzində 30 minə yaxın şəhid ailə üzvünün və müharibə əlilinin aktiv məşğulluq proqramlarına cəlb olunmasına nail olmuşuq. Bu çərçivədə işsiz şəxslərin özünüməşğulluq proqramı da bizə böyük imkanlar yaradıb. 13,5 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminatı bizim üçün ən prioritet məsələlərdən biridir. Biz bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar