16 yaşlı ərkivanlı Ruslan ABŞ-ı necə FƏTH ETDİ?
26 iyul 2022 18:00 (UTC +04:00)

16 yaşlı ərkivanlı Ruslan ABŞ-ı necə FƏTH ETDİ?

Əslən Masallıdan olan 16 yaşlı Ruslan Mikayılovun eyni zamanda ABŞ-ın dörd universitetinə qəbul olması insanlar maraqla qarşılanıb. 

Ruslan ABŞ-ın The George Washington University, University of Maryland, University of Maryland ( UMBC), Virginia Techə qəbulla bağlı dəvət alıb.

Qeyd edək ki, həmyerlimiz bu səbəbdən ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obama tərəfindən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb.

Arayış: 

Ruslan Mikayılov 2005-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. İbtidai təhsilini Bakıdan alan  Ruslan, 9 yaşından ailəsi ilə birlikdə Amerikaya köçüb. O, Amerikada 12 illik orta məktəbi müvəffəqiyyətlə 2 il əvvəl, 16 yaşında bitirib. 

Ruslan 10-cu sinifdə oxuyarkən artıq SAT testləri verib və mükəmməl nəticə əldə edərək yüksək qiymətlərlə GP məzunu olub.

Bununla da, o, eyni vaxtda Amerikada, eləcə də dünyada məşhur olan bir neçə universitetə, ödənişsiz və təqaüd almaq şərti ilə qəbul olunub.

Lent.az Cənub.az saytına istinadən xəbər verir ki, Ruslanın ailə üzvlərinin əksəriyyəti ABŞ-da bir çox uğurlara imza atıb. 

Məlumata görə, 2 il öncə Ruslanın bacısı Sabrina Mikayılova da belə uğura imza ataraq, ABŞ-ın nüfuzlu Universitetinə 16 yaşında ödənişsiz qəbul olub. Daha sonra ABŞ-dakı ərkivanlıların önündə, professor Qorxmaz Mikayılov gedir. Onun oğlu Anar Mikayılov isə Harvard Universitetini həkimlik ixtisasını bitirib. Bundan başqa, Ramin Mikayılov ABŞ-da mühəndis, Hikmət Mikayılov isə iş adamı kimi fəaliyyət göstərir. 

Mikayılovların 3 təmsilçisi – Anna, Nata, Rahib Mikayılovlar ABŞ-ın aparıcı elm mərkəzlərində elmi işçi, 5-i isə - Afət, Sabrina, Ruslan, Nurlan, Rusif  Mikayılovlar nüfuzlu Universitetlərinin tələbələridir.

Qeyd edək ki, Ruslanın şərəfinə onun oxuduğu məktəbdə Azərbaycan bayrağı asılıb.

Eyni zamanda, Ruslan orta məktəbdə ingilis, riyaziyyat və kompüter bilgilərinə mükəmməl yiyələnib və yerli hökümətin razılığı ilə test vererek 2021-ci ildə orta məktəbi bitirib. 16 yaşında SAT testlərini maksimum balla verərərək kompüter üzrə sahəni seçib.

Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün bir sıra maraqlı layihələr üzərində çalışır.

# 3933
avatar

Fidan İlqar

Oxşar yazılar