3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq
06 may 2023 20:50 (UTC +04:00)

3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

Lent.az xəbər verir ki, növbəti həftə mayın 8-i,10-u və 12-si tarixlərində saat 11:00-dan 12:00-dək daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 3-cü günü Salyan rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü isə  Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
 

# 1827
avatar

Oxşar yazılar