36 mindən çox narkomaniya xəstəsinin yetərincə həkimi yoxdur – RƏQƏMLƏR AÇIQLANDI
07 may 2025 10:34 (UTC +04:00)

36 mindən çox narkomaniya xəstəsinin yetərincə həkimi yoxdur – RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda həkim ixtisaslaşmasında disbalans: Kimlərə ehtiyac var?

Azərbaycanda səhiyyə sisteminin effektivliyi, yalnız tibbi infrastrukturun inkişafı ilə deyil, həm də həkim kadrlarının sayı və onların ixtisaslar üzrə düzgün bölgüsü ilə sıx bağlıdır. 

Lent.az xəbər verir ki, hazırda ölkədə 33 mindən çox həkim fəaliyyət göstərir.

Rəqəm kifayət qədər böyük olsa da, ixtisaslar üzrə qeyri-bərabər bölgü bəzi sahələrdə ciddi kadr çatışmazlığı problemini ortaya çıxarır. Xüsusilə terapevtlərin sayının digər ixtisaslarla müqayisədə üstünlük təşkil etməsi (7981 nəfər) geniş əhatəli xidmətə olan tələbatın nəticəsi kimi qiymətləndirilə bilər. Əvvəlki illərlə müqayisədə bu rəqəm bir qədər azalsa da, ümumilikdə digər sahələri qabaqlayır.

Bundan fərqli olaraq, idman-müalicə və narkologiya kimi sahələrdə ixtisaslaşmış həkimlərin sayının son dərəcə az olması ( müvafiq olaraq 57 və 67 nəfər) bu istiqamətlərdə ciddi strukturlaşdırılmış tibb siyasətinə və kadr hazırlığına ehtiyac olduğunu göstərir. 

Statistikalara əsasən, təkcə narkomaniya problemi üzrə qeydiyyatda olan 36 mindən çox xəstənin olması ölkədə narkoloq həkimlərin sayının bu tələbatı ödəməkdən uzaq olduğunu göstərir və bu sahədə resursların yenidən bölüşdürülməsi zərurətini gündəmə gətirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar