9 mart imtahanı 15-dən  çətin olub?   - "Belə getsə, plan yerləri boş qalacaq"
16 mart 2026 17:30 (UTC +04:00)

9 mart imtahanı 15-dən çətin olub? - "Belə getsə, plan yerləri boş qalacaq"

1

Martın 9-da keçirilən buraxılış imtahanının səs-sədası bir həftə müzakirə mövzusu oldu. Lakin dünənki imtahanla bağlı heç də o qədər mübahisəli fikirlər səslənmədi. Hətta iddia olundu ki, 9-da keçirilən imtahan 15-dəki ilə müqayisədə çox çətin olub. 9-u imtahan verənlər dünənki suallara baxdıqdan sonra özlərinə qarşı haqsızlıq olduğunu söyləyirlər.

Görəsən, imtahanların səviyyəsində həqiqətən də fərq olubmu? Dünənki imtahan 9-u ilə müqayisədə asan idimi?

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, hər il buraxılış imtahanları müxtəlif tarixlərdə keçirilsə də, Dövlət İmtahan Mərkəzi onların çətinlik səviyyəsini eyni saxlamağa səy göstərir:

Ramin Nurəliyev: "Ali təhsil sistemində irəliləyişlər var, lakin  çatışmazlıqlar qalmaqdadır" | tehsil365.news

İllərdir müşahidə edirik, DİM müxtəlif zonalardakə imtahanların səviyyəsini təxminən eyni saxlayır. Düzdür, hərdən filan tarixdəki imtahan daha asan, digəri çətin idi kimi mübahisəli fikirlər səsləndirilir. Bu kimi müzakirlərin olması da gözləniləndir, çünki eyni imtahanın fərqli tarixlərdə keçirilməsi narazılıq yaradan başlıca səbəbdir. Ona görə də DİM buraxılış imtahanlarını 1 gün ərzində keçirməlidir. Bu qurum sahə üzrə ixtisaslaşıb, müəyyən təcrübələrə malikdir. Onlar istəyərsə, imtahanları 1 gündə keçirib, yekunlaşdıra bilərlər.

Əvvəlki illərdə imtahanlar 3 zona üzrə bölünürdü, indi 2 zonaya ayrılıb. Hesab edirəm ki, növbəti ildən etibarən ölkə üzrə eyni gündə imtahanın keçirilməsi mümkün olar. Burada maliyyə vəsaiti fərqi də yoxdur”.

Ekspert bildirib ki, imtahanın eyni gündə keçirilməsinin ən çətin tərəfi nəzarətçilərin və marker müəllimlərin say çatışmazlığı ilə bağlıdır:

Eyni gündə keçirilən buraxılış imtahanında obyektivlik tam bərqərar olacaq. Belə olduqda, 9-da imtahan verənlər 15-nə asan, yaxud 15-i imtahandan keçənlər 9-da verilən sualların çətinliyindən danışa bilməyəcəklər.

Ümumi analizlərə baxsaq deyə bilərik ki, martın 9-da keçirilmiş buraxılış imtahanında Azərbaycan dili sualları çox çətin, riyaziyyat orta çətin, ingilis dili isə bir qədər çətin olub. Martın 15-də keçirilən imtahanda riyaziyyatın çətin olduğu söylənilir. Azərbaycan dili ortadan çətinə doğru, ingilis dili isə asan şəkildə təqdim edilir. Məhz bu analizlərdən dolayı buraxılış imtahanının eyni gündə keçirilməsi ədalətlilik prinsipi, sosial bərabərlik formalaşdıracaq.

İmtahanın ümumi çətinliyi gözlənilən idi. 9-u imtahanın ümumiyyətlə çətin olub, 15-i asan olması böyük narazılıq yaradardı. Əgər imtahanın çətinliyi nəticələr açıqlanandan sonra da statistikalarda öz əksini taparsa, bu artıq “SOS xəbərdarlığı ola bilər, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında ciddi problem yarana bilər. Bununla yanaşı blok imtahanları da əvvəlki illərdəki ağırlıqda keçərsə, həqiqətən də ciddi problemlər formalaşa bilər, hətta dövlət tərəfindən ayrılmış plan yerlərin dolmamasına da gətirib, çıxara bilər.

Hesab edirəm ki, statistika açıqlandıqdan sonra bu barədə dəqiq danışmaq olar. Lakin ilkin mərhələdə onu deyə bilərik ki, blok imtahanları sadələşdirilməlidir. Sadələşdirilmədiyi təqdirdə dövlətin verdiyi plan yerləri tam dolmayacaq.

DİM əməkdaşları bildirirlər ki, buraxılış imtahanı çətin deyil deyirlər, amma bütün xalq, ictimaiyyət, müəllimlər, abituriyentlər son iki ildəki ən çətin imtahanın bu il olduğunu söyləyirlər. 2024-cü ildə buraxılış imtahanında maksimum - 300 bal toplayanların sayı 55, ötən il 45 nəfər olmuşdu. Mən hesab edirəm ki, bu il bu, yarıdan da aşağı olacaq. Kimin yanıldığını isə nəticələrdən sonra biləcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 396

Oxşar yazılar