Ağacların dibini betonlayan şirkət cəzalandı
29 aprel 2020 18:29 (UTC +04:00)

Ağacların dibini betonlayan şirkət cəzalandı

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub və  "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları göstəriş verib və ağacların dibini şirkətin işçiləri betondan təmizləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1623

Oxşar yazılar